...

Xalq Bank III rübün yekunlarını açıqladı

İqtisadiyyat Materials 14 Oktyabr 2025 16:31 (UTC +04:00)
Xalq Bank III rübün yekunlarını açıqladı

Bakı. Trend:

Ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bank 2025-ci ilin III rübünün maliyyə göstəricilərini açıqladı. Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 23 % artaraq 3,631 mlrd manat təşkil etmişdir.

Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1,890 mlrd manat, depozitlərin həcmi ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 32 % artaraq 2.7 mlrd manat təşkil etmişdir.

2025-ci ilin III rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 7 % artaraq 534,2 mln manat, xalis mənfəəti 51,5 mln manat təşkil etmişdir.

Bankın faiz gəlirləri ötən ilin eyni dövrünün sonu ilə müqayisədə 21 % artaraq 165 mln manata, qeyri-faiz gəlirləri isə 24 % artaraq 40 mln manata yüksəlib.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti