...

Parlament sədrləri Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar (FOTO)

Siyasət Materials 14 Oktyabr 2025 12:14 (UTC +04:00)
Parlament sədrləri Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşü başa çatandan sonra tədbir iştirakçıları Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, burada Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri, eləcə də nümayəndə heyətlərinin üzvləri agentliyin fəaliyyəti ilə yaxından tanış olublar.

Bildirilib ki, qonaqlara agentliyin fəlakətlərin idarə olunması üzrə iş prinsipləri, fövqəladə hallara operativ reaksiya mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı təqdimat edilib.

Parlament sədrləri agentliyin işini yüksək qiymətləndirərək bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti