...

“Şimal-Cənub” dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün İşçi qrupu yaradılacaq

Siyasət Materials 14 Oktyabr 2025 10:00 (UTC +04:00)
“Şimal-Cənub” dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün İşçi qrupu yaradılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Şimal-Cənub” dəhlizi üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupu yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşə dair Kommünikedə öz əksini tapıb.

Bildirilib ki, görüşdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün tədbirlərin görülməsi və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb.

Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti