...

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında yeni rezidentlər qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2025 13:51 (UTC +04:00)
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında yeni rezidentlər qeydiyyata alınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günlərdə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında yeni rezidentlər qeydiyyata alınıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında qeydiyyata alınmış yeni rezident tərəfindən 2,5 hektar ərazidə soyutma avadanlıqlarının istehsalı layihəsi həyata keçiriləcək:

"Müəssisədə il ərzində 5 növdə olmaqla 3680-dən çox soyutma avadanlıqları istehsal olunacaq. İnşa ediləcək müəssisənin investisiya dəyəri 8 milyon manat təşkil edir.

Ağdam Sənaye Parkının isə yeni qeydiyyata alınan rezidenti tərəfindən mebel istehsalı layihəsi icra ediləcək. Layihə çərçivəsində müxtəlif təyinatlı mebellərin, yumşaq panel və metal aksesuarların istehsalı nəzərdə tutulur. Müəssisənin illik istehsal gücü 4 min ədəd mebel istehsalı təşkil edəcək. Fabrikin investisiya dəyəri 6 milyon manatdır".

E. Kazımov vurğulayıb ki, yaradılacaq bu iki müəssisədə ümumilikdə 100-ə yaxın daimi iş yeri yaradılacaq: "Bundan başqa, hazırda bu iki sənaye parkının rezidenti olmaq istəyən sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə 10-dan çox layihə təqdim edilib. Əsasən təqdim edilən layihələr tikinti materiallarının, mebel, tekstil, məişət, və s. məhsulların istehsalı üzrə ixtisaslaşıblar".

Xəbər lenti

Xəbər lenti