...

ATƏT rəhbəri Minsk qrupunun nə vaxt tam ləğv olunacağını açıqlayıb

Siyasət Materials 14 Oktyabr 2025 12:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT-in hazırkı sədri, Finlandiyanın XİN rəhbəri Elina Valtonen Azərbaycan və Ermənistanın ATƏT Minsk qrupunun ləğv olunması qərarını alqışlayıb və bütün prosesin cari ilin dekabr ayında yekunlaşacağına ümidvar olduğunu bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz daim bütün çətinliklərə baxmayaraq, Ermənistanın sülh gündəmini dəstəkləməsini qeyd edirik. Mən həmçinin Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoymaq barədə birgə müraciətini alqışlayıram. Ümid edirik ki, bu proses ən geci dekabr ayınadək başa çatacaq”, – deyə o, Yerevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti