Bakı. Trend:
İranın Tehran məhkəməsi iki Fransa vətəndaşını casusluq ittihamı ilə uzunmüddətə azadlıqdan məhrum edib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, Tehran məhkəməsində Fransa vətəndaşları Sesil Koler və Jak Pari Fransa və İsrailə casusluq etməkdə ittiham olunublar.
Qərara əsasən, 1 Fransa vətəndaşı 31 il, digər Fransa vətəndaşı isə 32 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qərarla bağlı 20 gün müddətinə apellyasiyaya şikayət edilə bilər.