...

Qazaxıstan konstitusiyasının 40 maddəsində dəyişiklik ediləcək - Tokayev

Dünya xəbərləri Materials 14 Oktyabr 2025 14:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə Konstitusiyasının 40 maddəsində dəyişikliklər ediləcəyini elan edib.

Trend xəbər verir ki, dövlət başçısı bu barədə ölkədə parlament islahatları üzrə işçi qrupunun ilk iclasında çıxış edərkənməlumat verib.

“Dəyişikliklər Əsas Qanunun təxminən 40 maddəsinə təsir göstərəcək. Bundan sonra ən azı 10 konstitusiya qanunu və 50-dən çox məcəllə və qanunun uyğunlaşdırılmasına zərurət yaranacaq. Bu proses, mahiyyət etibarilə yeni Konstitusiyanın qəbuluna bərabərdir”, - deyə Tokayev vurğulayıb.

Bundan əvvəl Tokayev parlament islahatının keçirilməsini və onun birpalatalı edilməsini təklif etmişdi. O hesab edir ki, bu məsələ referendum yolu ilə həll edilməlidir. Qazaxıstan prezidentinin sözlərinə görə, referendum 2027-ci ildə keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti