Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) “World Economic Outlook” icmalı çərçivəsində Azərbaycanda inflyasiyanın dinamikasına dair məlumatları dərc edərək, son illərdə əhəmiyyətli dalğalanmaların müşahidə olunduğunu qeyd edib.
Trend xəbər verir ki, BVF-nin məlumatına görə, Azərbaycanda istehlak qiymətləri aşağıdakı kimi dəyişib:
2007–2016-cı illər: ortaillik inflyasiya – 7,2%
2017-ci il: 12,9%
2018-ci il: 2,3%
2019-cu il: 2,6%
2020-ci il: 2,8%
2021-ci il: 6,7%
2022-ci il: 13,9%
2023-cü il: 8,8%
2024-cü il: 2,2%
BVF proqnozlaşdırır ki, 2025-ci ildə Azərbaycanda istehlak qiymətləri 5,7% artacaq, 2026-cı ildə isə bu göstərici 4,5% olacaq. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə inflyasiya 2,2% təşkil edib. BVF-nin oktyabr ayında açıqladığı son proqnozlar, apreldə dərc edilmiş hesabatdakı göstəricilərlə üst-üstə düşür.