...

İqtisadi fəal əhalinin sayı məlum olub

Cəmiyyət Materials 14 Oktyabr 2025 15:46 (UTC +04:00)
İqtisadi fəal əhalinin sayı məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5375,8 min nəfər olmuş, onlardan 5096,5 min nəfərini məşğul əhali təşkil edib.

Trend xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 855,3 min nəfər, qeyri-dövlət sektorunda isə 909,6 min nəfər təşkil edib:

"İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1733,7 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,7 faizi emal sənayesi, 6,8 faizi tikinti, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi mədənçıxarma sənayesi, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,0 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar. 2025-ci ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 144,4 saat təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti