...

Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf yoxdur - Vladanka Andreeva

Cəmiyyət Materials 14 Oktyabr 2025 10:22 (UTC +04:00)
Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf yoxdur - Vladanka Andreeva
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf yoxdur.

Trend xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” proqramının növbəti mərhələsi 2026-2030-cu illəri əhatə edəcək:

"Bu proqramında əsas istiqamətlərdən biri təhsil olacaq".

O bildirib ki, təhsil özü ayrıca məqsəddir.

"Eyni zamanda təkammülün aparıcı qüvvəsidir. İnsanları çağırışlara biliklərlə, bacarıqlarla sinə gərməyi öyrətməliyik. Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf yoxdur.

Bu gün 7-ci DİM Dialoqu təhsilə yönəlib. Bu Dialoq BMT-nin 80 illik yubileyinə təsadüf edir. Bizim misiyamız dəyişməz qalır. Hamı üçün sülh və tərəfdaşlığı təbliğ etmək. DİM Dialoqları bizim əməkdaşlıqların ruhunu dəstəkləyir. Bu bizim fikirlərimizi bölüşməyə imkan yaradır. Bundan sonra da DİM Dialoqları etibarlı mənbə kimi xidmət edəcək"- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti