Bakı. Trend:
İlkin məlumatlara görə, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 66267,3 milyon manat və ya hər nəfərə orta hesabla 6471,8 manat olub.
Trend xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 58253,0
milyon manat təşkil edib.