...

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 14 Oktyabr 2025 13:18 (UTC +04:00)
"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib.

Trend xəbər verir ki, tədbir Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə baş tutub.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva tədbirin açılış mərasimində bildirib ki, “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” proqramının növbəti mərhələsi 2026-2030-cu illəri əhatə edəcək:

"Bu proqramında əsas istiqamətlərdən biri təhsil olacaq".

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qızların təhsilinə diqqət çəkib:

"Biz bilirik ki, təhsil inkişafına qoyulan bu dəyər gələcək üçün ən böyük sərmayədir. Dünya günbəgün dəyişir, yeni çağırışlar baş qaldırır. Son illərdə təhsilə yönəlmiş investitsiyalar insan kaptalına yönələn siyasətləri əhatə edir. Mədəni indibahın təməli təhsildir. Biz birgə çalışır, xüsusilə təhsillə bağlı yeni layihələr həyata keçirirk. Qızların təhsilinə dəstək layihəsi çərçivəsində həyata keçirilən proqramlara qısa müddət ərzində xeyli şəxs cəlb olunub. Bu təşəbbüslər sadəcə fərdi talehləri dəyişmir, regonlarda sosial ədaləti və gender bərabərliyini artırır".

Bahar Muradova qeyd edib ki, 3000-ə dək qız erkən evliliyə son deyək təlimlərinə cəlb olunub və maarifləndirilib.

Elm və təhsil nazirinin müavini İdris İsayev isə qeyd edib ki, hər il Azərbaycanda təhsilə 5 milyarda yaxın, daha dəqiq desək 4,9 milyard vəsait ayrılır.

O bildirib ki, son illərdə təhsil sahəsində bir sıra dövlət proqramları, konsepsiyalar və strategiyalar həyata keçirilib.

Bu sənədlərin əsas istiqaməti – təhsilin keyfiyyətinin artırılması, əlçatanlığının təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması və təhsil islahatlarının ardıcıl şəkildə həyata keçirilməsidir.

Nazir müavini vurğulayıb ki, təhsilə ən böyük investisiyalar əsasən dövlət tərəfindən həyata keçirilir:

“Dünya təcrübəsinə baxdıqda görürük ki, orta hesabla təhsil investisiyalarının təxminən 85 faizi dövlətin, 15 faizi isə özəl sektorun payına düşür. Lakin bu göstərici ölkələrə və təhsil səviyyələrinə görə dəyişir. Azərbaycan üzrə isə bu nisbət bir qədər fərqlidir, yəni təhsil sahəsinə qoyulan investisiyaların təxminən 95 faizi dövlət büdcəsindən, cəmi 5 faizi isə özəl sektor tərəfindən qarşılanır. Dövlətimiz hər il dövlət büdcəsindən təxminən 5 milyard manata yaxın vəsaiti məhz təhsil sahəsinə yönəldir.
Bu, ümumi daxili məhsulun təxminən 3,8 faizinə bərabərdir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəştlər və təşviq mexanizmləri tətbiq olunur.

O bildirib ki, Dövlət Məşğulluq Agentliyi həmçinin işğaldan azad edilmiş ərazilərdə də təhsil və məşğulluq təşəbbüsləri ilə çıxış edir:

"Xüsusi olaraq qeyd etmək istərdim ki, işğaldan azad edilmiş ərazilərdə Agentliyimiz tərəfindən peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəştlər və təşviq mexanizmləri tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdə peşə hazırlığının təşkilini stimullaşdırmaq və ixtisaslaşmış təlim müəssisələriniregiona cəlb etmək məqsədilə Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə adambaşına düşən vəsaitə 20% əlavə tətbiq edilir. Bundan əlavə, Qarabağ Peşə Hazırlığı Mərkəzi özəl təlim müəssisələriilə birgə regionun ehtiyaclarına uyğun olaraq birgə təlimlərtəşkil edir, öz infrastrukturundan işəgötürənlər üçün genişistifadəyə imkan yaradır. Bu regionlarda infrastrukturunbərpası ilə yanaşı, insan kapitalının bərpası da prioritet istiqamətlərdəndir".

Xəbər lenti

Xəbər lenti