...

Xaçmaz Rayon İcra Hakimiyyətində iclas keçirilib (FOTO)

Gündəm Materials 14 Oktyabr 2025 16:41 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində iclas keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərə dair iclas keçirilib.

Trend xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin rəhbərliyi ilə keçirilən iclasda rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Yığıncaqda payız-qış mövsümünə hazırlıqla əlaqədar elektrik enerjisi, qaz və su təchizatı ilə bağlı görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çatışmazlıqların aradan qaldırılması, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verib.

İclasda həmçinin yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər təhlil edilib, müraciətlərin həlli ilə bağlı cavabdeh şəxslər qarşısında konkret tələblər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti