Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın real ÜDM artımına dair tarixi məlumatları dərc edib. Bu statistik məlumatlar son iki onillikdə ölkə iqtisadiyyatında müşahidə olunan əhəmiyyətli dalğalanmaları nümayiş etdirir.
Bu barədə Trend BVF-ə istinadən xəbər verir.
BVF-in məlumatına əsasən, Azərbaycanın ÜDM artımı müxtəlif illərdə aşağıdakı kimi olub:
2007–2016: illik orta artım – 5,6 faiz
2017: 0,2 faiz
2018: 1,5 faiz
2019: 2,5 faiz
2020: –4,2 faiz
2021: 5,6 faiz
2022: 4,7 faiz
2023: 1,4 faiz
2024: 4,1 faiz
Yenilənmiş proqnozlara görə, Azərbaycanda iqtisadi artım 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 2,5 faiz təşkil edəcək. Bu, 2024-cü ildəki 4,1 faiz göstəricisi ilə müqayisədə azalmadır