Bakı. Trend:
“2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın ilkin hazırlıq işləri, demək olar ki, tamamlanıb.
Trend xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
"Proqram müvafiq qurumlarla müzakirədən keçirilib. Bu yaxınlarda müvafiq qaydada təqdim olunacaq", - o vurğulayıb.