...

Dünyada ötən il 8,3 milyon hektar meşə sahəsi məhv edilib

Dünya xəbərləri Materials 14 Oktyabr 2025 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada meşələrin qırılması prosesi sürətlə davam edir. Ötən il 8,3 milyon hektar meşə sahəsi məhv edilib ki, bu da 2022-ci illə müqayisədə 1,7 milyon hektar çoxdur.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, 2021-ci ildə Qlazqoda keçirilən BMT İqlim Konfransında 140-dan çox ölkə 2030-cu ilədək qlobal meşə qırılmasını dayandırmağı öhdəsinə götürsə də, proses əks istiqamətdə davam edir. Xüsusilə tropik meşələrin vəziyyətinin daha ağır olduğu bildirilir.

Qeyd olunub ki, hazırda dünyada yalnız 10,6 milyon hektar meşə sahəsində bərpa işləri aparılır. Bu, potensial olaraq bərpa oluna biləcək ərazilərin cəmi 5,4 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti