...

Hindistanda sərnişin avtobusu yanıb, ölənlər var

Dünya xəbərləri Materials 15 Oktyabr 2025 01:05 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın qərbində, Rəcastan ştatında sərnişin avtobusunda yanğın nəticəsində azı 19 nəfər ölüb.

Trend xəbər verir ki, hadisə 57 nəfər sərnişin olan nəqliyyat vasitəsinin qəflətən yanması nəticəsində baş verib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumatlara görə, yanğının səbəbi qısaqapanma olub.

Xəbər lenti

Xəbər lenti