Bakı. Trend:
Çilidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 105 min nəfər əhalisi olan Alto-Ospisio şəhərindən şimal-şərq istiqamətində 109 km məsafədə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.