Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib.
Trend xəbər verir ki, bununla bağlı Ağ Evin həyətində mərasim təşkil olunub. Tədbir Çarli Kirkin doğum gününə həsr edilib.
Mərasimdə Çarli Kirkin xanımı Erika Kirk, vitse-prezident Ceyms Vens, xəzinədarlıq katibi Skot Bessent, ticarət katibi Hovard Lutnik, baş prokuror Pam Bondi və müdafiə katibi Pit Heqset də iştirak edib. Tramp açılış mərasimində Kirk haqqında danışaraq onu “əsl qəhrəman” adlandırıb.
Bu gün həm də Çarlı Kirkin doğum günüdür.
Donald Trampın tərəfdarı olan 32 yaşlı siyasi fəal Çarli Kirk bu il sentyabrın 10-da Utah Valley Universitetində çıxışı zamanı güllələnib.