Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxıb.
Trend xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da keçirilən görüş 3:3 hesablı bərabərliklə başa çatıb.
14 oktyabr
Azərbaycan (U-21) - Şotlandiya (U-21) 3:3
Qollar: Xəyal Əliyev, 49 (pen), Şahin İbrahimov, 79 -
David vatson, 33, Ceyms Vilson, 44, Samuel Hardinq, 90+3
“Dalğa Arena”. Saat 19:00
Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski
Dördüncü hakim: Saken Bayimbet