...

Paytaxt sakinlərinin yeni quraşdırılan attraksionlarla bağlı təəssüratları necədir? - SORĞU (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2025 20:15 (UTC +04:00)
Paytaxt sakinlərinin yeni quraşdırılan attraksionlarla bağlı təəssüratları necədir? - SORĞU (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dənizkənarı Milli Parkda bir neçə il əvvəl istismar müddətini başa vurduğu üçün fəaliyyəti dayandırılan və böyüklər üçün nəzərdə tutulan attraksionların işi bərpa olunub. Hazırda böyüklər 4, kiçiklər isə 3 manat ödəməklə yenidən quraşdırılmış attraksionlardan istifadə edə bilərlər.

Bəs, paytaxt sakinlərinin yeni quraşdırılan attraksionlarla bağlı təəssüratları necədir?

Paytaxt sakini Aynur Kərimova Trend-ə açıqlamasında bildirib ki, Bulvarda yeni açılan attraksionlardan istifadə edib və olduqca rahatdır:

“Həmçinin təhlükəsizlik qaydalarına da ciddi şəkildə əməl olunur. Birdəfəlik istifadə haqqının da normal qiymətə olduğunu düşünürəm”.

Öz növbəsində sakin Əmrullah Nusalov attraksionların açılışını eşitdiyini və dörd nəfərlə gəldiklərini qeyd edib.

"Köhnə attraksionlara minmək fürsətim olmayıb, lakin yenilərini çox bəyəndim", - o əlavə edib.

Sakin Samir İbrahimov isə vurğulayıb ki, attraksionlardan istifadə üçün bilet qiyməti çox normaldır.

O, əlavə edib ki, yeni attrasksionların dizaynın çox bəyənib. Təhlükəsizlik qaydalarına əməl olunmasını xüsusilə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti