...

ÜST-dən Hindistan istehsalı olan siroplarla bağlı xəbərdarlıq

Dünya xəbərləri Materials 14 Oktyabr 2025 21:00 (UTC +04:00)
ÜST-dən Hindistan istehsalı olan siroplarla bağlı xəbərdarlıq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bazar ertəsi Hindistanda istehsal olunan üç təhlükəli öskürək siropu ilə bağlı xəbərdarlıq edərək, səlahiyyətliləri bu dərmanların öz ölkələrində aşkarlanması barədə məlumat verməyə çağırıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, ÜST dərmanların “Sresan Pharmaceutical”, “Coldrif”, “Rednex Pharmaceuticals Respifresh TR” və “Shape Pharma” əczaçılıq şirkətlərinin xüsusi partiyalarına aid olduğunu müəyyən edib.

ÜST keyfiyyətsiz məhsulların əhəmiyyətli sağlamlıq riski yaratdığını və ciddi, potensial həyati təhlükəsi olan xəstəliklərə səbəb ola biləcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti