Bakı. Trend:
Belçikanın ən böyük hava limanı – “Brüssel-Şarleruada” ümumilli tətil ucbatından bütün hava reysləri təxirə salınıb.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Hava limanının nümayəndələri bildiriblər ki, personal çatışmazlığına görə belə bir şəraitdə fəaliyyəti davam etdirmək mümkün deyil.
Bundan başqa, hökumətin sərt büdcə ixtisarlarına qarşı başladıılan ümummilli tətil ictimai nəqliyyatın fəaliyyətində də pozuntulara gətirib çıxarıb.
Qeyd edilir ki, oktyabrın 15-də tətil çərçivəsində on minlərlə insanın Brüssel küçələrinə axışacağı gözlənilir.