Bakı.Trend:
Buradan əldə olunan gəlirlər Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxs olaraq buradan əldə olunan gəlirlər bulvarın saxlanılması, qorunması, yaşıllıqlarla təmin olunmasına və sair xərclənəcək.
Trend xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.
O həmçinin vurğulayıb ki, ərazidə sıxlığın qarşısının alınması məqsədilə bilet terminalları da yer alır:
"Bulvarda uşaq üçün olan əyləncə zonasındakı attraksionların qiyməti 3 azn, böyüklər üçün olanlarda isə 4 manat təşkil edir".