Bakı. Trend:
Gözəl bir qurumda dörd il boyunca çox faydalı fəaliyyət göstərdik. Əlbəttə ki, bunda ev sahibi ölkənin parlamentinin rəhbərliyi və əməkdaşlarının bizə verdiyi dəstək çox önəmlidir.
Trend xəbər verir ki, TÜRKPA-nın sabiq Baş katibi Mehmet Süreyya Er Baş katib səlahiyyətlərinin Ramil Həsənə təhvil verilməsinə dair rəsmi mərasimdə çıxışı zamanı deyib.
O bildirib ki, türk dünyasındakı əməkdaşlıq hər ötən gün artır:
“Bunda dövlət başçılarımızm güclü iradəsinin payı çoxdur. Bundan sonra da TÜRKPA olaraq ortaq hədəfə doğru irəliləyəcəyik”.