Bakı. Trend:
Ekvadorun Quayakil şəhərində yerləşən “Mall del Sol” ticarət mərkəzinin qarşısında güclü partlayış qeydə alınıb.
Trend xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Partlayışın gücü ticarət mərkəzinin fasadına, yaxınlıqdakı binalara və parklanmış avtomobillərə ciddi ziyan vurub.
Hadisə yerinə polis və partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunub, ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.
Hüquq-mühafizə orqanlarının ilkin versiyasına əsasən, partlayış avtomobillərdən birinin altına yerləşdirilmiş partlayıcı qurğu səbəbindən baş verib, lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.