...

Ramil Həsənin deputat mandatına xitam verildi (YENİLƏNİB)

Siyasət Materials 15 Oktyabr 2025 16:13 (UTC +04:00)
Ramil Həsənin deputat mandatına xitam verildi (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ramil Həsənin deputat mandatına xitam verilib.

Trend xəbər verir ki, bu barədə səsvermə yolu MSK-nın iclasında yekdil qərar elan olunub.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.

xxx

16:07

Hazırda Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 iyun 2025-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti