...

ATƏT Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması prosesinə verdiyi töhfəni qiymətləndirib

Siyasət Materials 15 Oktyabr 2025 16:02 (UTC +04:00)
ATƏT Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması prosesinə verdiyi töhfəni qiymətləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycana səfəri çərçivəsində Bakıda keçirilən müzakirələri yüksək qiymətləndirib.

Trend xəbər verir ki, bu barədə o, rəsmi “X” səhifəsində yazı paylaşıb.

“Bu gün Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla məzmunlu müzakirələr apardıq. Ermənistanla münasibətlərin normallaşdırılması və sülhün bərqərar olunmasına yönəlmiş razılaşmaların əldə olunması münasibətilə sizi təbrik edirəm.

ATƏT sülh sazişinin həyata keçirilməsini və etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazırdır. Azərbaycanın vətəndaş cəmiyyəti və analitik mərkəzlərinin nümayəndələri ilə görüşüm gələn həftəyə planlaşdırılıb”, - paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti