...

"Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində" mövzusunda panel sessiya keçirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 15 Oktyabr 2025 13:41 (UTC +04:00)
"Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində" mövzusunda panel sessiya keçirilib (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel sessiya keçirilib.

Trend xəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Panel sessiyada Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, İngilis yazıçı və tədqiqatçı Qrem Vilson, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva və AZƏRTAC-ın fotomüxbiri Vüqar İbadov çıxış ediblər.

Natiq Məmmədli çıxışı zamanı bildirib ki, artıq süni intellekt jurnalistikaya ciddi təsir göstərir.

O, həmçinin Qarabağın dirçəlişi mövzusunun hazırda Azərbaycan mediasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

İngilis tədqiqatçı və yazıçı Qrem Vilson çıxışında Qarabağda aparılan genişmiqyaslı bərpa işlərinin bütün dünyaya nümunə olduğunu qeyd edib.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva isə Qarabağın dirçəlişinin bu gün Azərbaycan ictimaiyyəti üçün əsas mövzulardan biri olduğunu diqqətə çatdırıb.

Daha sonra AZƏRTAC-ın fotomüxbiri Vüqar İbadovun Qarabağın bərpası ilə bağlı çəkdiyi fotolar nümayiş etdirilib.

Panel sessiyası sual-cavab hissəsi ilə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti