...

Babək rayonunda məktəbdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 15 Oktyabr 2025 11:10 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Babək Rayon Polis İdarəsinə rayon ərazisində inşası davam edən məktəb binasının həyətindən elektrik naqillərinin oğurlanması ilə bağlı məlumat daxil olub.

Trend bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı Natiq Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun məktəbin həyətindən müxtəlif ölçülü elektrik naqillərini oğurlayaraq şəxsi məqsədləri üçün satmaq niyyəti ilə aparması müəyyən olunub.

Hazırda faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti