Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) “World Economic Outlook” icmalında Azərbaycanın cari əməliyyatlar saldosu barədə məlumatlar dərc olunub.
Bu barədə Trend xəbər verir.
BVF məlumatlarına əsasən, cari əməliyyatlar saldosu ÜDM-ə nisbətdə (faiz ifadəsində) aşağıdakı kimi olub:
2017-ci il: 4,1%
2018-ci il: 12,8%
2019-cu il: 9,1%
2020-ci il: –0,5%
2021-ci il: 15,1%
2022-ci il: 29,8%
2023-cü il: 11,5%
2024-cü il: 6,3%
Bu məlumatlar xüsusilə 2021–2022-ci illərdə əhəmiyyətli profisit dövrlərini, 2020-ci ildə isə qısamüddətli kəsiri göstərir.
BVF-nin oktyabr proqnozlarına əsasən, 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti ÜDM-in 4,3 faizi səviyyəsində, 2026-cı ildə isə 2,3 faizi səviyyəsində gözlənilir ki, bu da 2024-cü ilin göstəricisi (6,3%) ilə müqayisədə daha aşağıdır. Bu, həmçinin aprel proqnozu ilə müqayisədə əhəmiyyətli azalma deməkdir - həmin vaxt 2025-ci il üçün 7,8%, 2026-cı il üçün isə 4,1% nəzərdə tutulmuşdu.