...

Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ikinci günü keçirilir (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2025 10:40 (UTC +04:00)
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ikinci günü keçirilir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ("Caspian Construction Week”) ikinci günü öz işinə başlayıb.

Trend xəbər verir ki, ilk gündə olduğu kimi bu gün də sərgiyə maraq kifayət qədər böyükdür. Bu isə təsadüfi deyil.

Belə ki, regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan bu tədbir bir sıra beynəlxalq sərgiləri birləşdirir. Tədbirdə təşkil edilən “BakuBuild” sərgisi 30 illik yubileyini, “Rebuild Karabakh” sərgisi isə 5 illik yunileyini qeyd edir. Bütün bunlar sərgi iştirakçılarının diqqətini cəlb edir və bu da öz növbəsində sərgidə canlılığa səbəb olur.

30 il ərzində 58 ölkədən 6500-dən çox şirkəti, eləcə də 200 000-dən artıq peşəkar ziyarətçini bir araya gətirən “Caspian Construction Week" inşaat sahəsinin aparıcı platforması kimi mühüm sərgiləri birləşdirir, sahə mütəxəssislərini bir araya toplayır və biznes üçün yeni əməkdaşlıq imkanları yaradır. Tədbir innovativ texnologiyaların tətbiqinə, azad edilmiş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir.

Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət yer alır. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya daxildir. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunur.

“BakuBuild” sərgisində şirkətlər tikinti və istehsal avadanlıqları, döşəmə örtükləri, interyer həlləri, işıqlandırma və izolyasiya sistemləri nümayiş etdirirlər. Həmçinin keramika və üzlük daşları, landşaft materialları, metal məhsulları, pəncərə və qapılar, fitnes avadanlıqları və digər məhsullar təqdim olunur.

“Rebuild Karabakh” sərgisində şirkətlər yaşıl energetika, tikinti və tikinti materialları, kənd təsərrüfatı və təhlükəsizlik sahəsində öz həllərini və layihələrini təqdim edirlər.

Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları — “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. “Caspian Construction Week” Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal şəkildə dəstəklənir.

Xəbər lenti

Xəbər lenti