...

Qarabağda gedən genişmiqyaslı quruculuq prosesi bizim üçün prioritet olaraq qalır - Natiq Məmmədli

Cəmiyyət Materials 15 Oktyabr 2025 14:00 (UTC +04:00)
Qarabağda gedən genişmiqyaslı quruculuq prosesi bizim üçün prioritet olaraq qalır - Natiq Məmmədli
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ mövzusu və orada gedən genişmiqyaslı quruculuq prosesi bizim üçün prioritet olaraq qalır.

Trend xəbər verir ki, bu sözləri “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda keçirilən panel sessiyası zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktorun müavini Natiq Məmmədli deyib.

O bildirib ki, bu paneldə Qarabağda dirçəliş mövzularının mediada işıqlandırılması ilə bağlı müzakirələr aparıldı:

"Müzakirələr zamanı müasir “storytelling” texnologiyalarından istifadə etməklə Qarabağda baş verən böyük qayıdış və quruculuq proseslərinin medianın diqqətinə necə çatdırılması məsələləri gündəmə gəldi. Əsas diqqət insan talelərinə yönəldilərək, maraqlı hekayə formatında mövzuların təqdim edilməsinin həm sosial şəbəkələr, həm də kütləvi informasiya vasitələri üçün cəlbedici kontent ola bilər".

"Bu cür müzakirələrin davam etdirilməsi medianın peşəkarlığının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bir daha qeyd olundu ki, Qarabağ mövzusu və orada gedən genişmiqyaslı quruculuq prosesi bizim üçün prioritet olaraq qalır"- deyə Natiq Məmmədli əlavə edib.

Xəbər lenti

Xəbər lenti