Bakı. Trend:
Azad edilmiş ərazilərdə poçt və rabitə xidmətləri ilə bağlı görülən işlər açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqin (AZCON) Baş kommunikasiya inzibatçısı Əli Əliyev 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin ("Caspian Construction Week") ikinci günündə məlumat verib.
O qeyd edib ki, azad edilmiş ərazilərdə “Azərpoçt” MMC tərəfindən poçt xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:
"Hazırda Xocavənd rayonunun Hadrut qəsəbəsində, Zəngilan
rayonunun Ağalı kəndində, Xankəndidə, Şuşada, Laçın və Kəlbəcər
rayonlarında “Azərpoçt” MMC-nin poçt şöbələri fəaliyyətə
başlayıb.
Ərazilərin bərpası prosesində dəqiq və operativ informasiya
təminatını gücləndirmək məqsədilə peyk texnologiyalarından geniş
şəkildə istifadə olunur. “Azərkosmos” tərəfindən fiber-optik
xətlərin və digər rabitə infrastrukturunun hələ mövcud olmadığı
ərazilərdə peyk texnologiyaları vasitəsilə internet və daxili
şəbəkə xidmətləri təmin edilir".
"Nəqliyyat, rabitə və rəqəmsal infrastruktur sahələrində növbəti mərhələdə aidiyyəti qurumlarla sıx və koordinasiyalı şəkildə əməkdaşlıq davam etdiriləcək", - deyə Ə. Əliyev vurğulayıb.