...

Alyaskanın iki kəndi su altında qalıb, 1500 nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 15 Oktyabr 2025 11:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin şimalına daxil olan Halonq tayfunu Alyaska ştatında daşqınlara və dağıntılara yol açıb. Azı iki kənd tamamilə suların altında qalıb.

Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Bölgədə 1500-ə yaxın insan təbii fəlakətlə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıb. Təxliyə edilən insanlar müvəqqəti olaraq məktəblərdə qurulan sığınacaqlara yerləşdiriliblər.

Həftəsonundan bəri müşahidə olunan qasırğa Yukon-Kuskokvim deltası boyunca şiddətli külək gətirib. Azı bir nəfərin öldüyü, iki nəfərin isə itkin düşdüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti