Bakı. Trend:
Cari ilin yanvar-avqust Azərbaycandan Türkiyəyə 1,8 milyard ABŞ dolları dəyərində 6,6 milyard kubmetr təbii qaz (qaz halında) ixrac olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 252,8 milyon ABŞ dolları və ya 12,2 faiz artıb, həcm baxımından isə 42,5 milyon kubmetr və ya 0,6 faiz azalıb.
Belə ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycan Türkiyəyə təxminən 6,8 milyard kubmetr həcmində, ümumi dəyəri 2,1 milyard ABŞ dolları olan təbii qaz satıb.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan xarici ölkələrə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16 milyard kubmetr təbii qaz ixrac edilib.