...

Dövlət-özəl tərəfdaşlığı sağlamlıq turizmində uğurun əsas şərtlərindəndir - Azadə Hüseynova

Turizm Materials 15 Oktyabr 2025 10:35 (UTC +04:00)
Dövlət-özəl tərəfdaşlığı sağlamlıq turizmində uğurun əsas şərtlərindəndir - Azadə Hüseynova
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Müasir sağlamlıq və tibbi turizm sahəsi dünya üzrə dinamik inkişafdadır və bu sahədə rəqabət artmaqdadır. Bu isə sənayenin müasir çağırışlarla üz-üzə olması deməkdir. Sağlamlıq turizminin inkişafı üçün mövcud potensial kifayət qədər böyük olsa da, bu sahə kompleks və sistemli yanaşma tələb edir.

Trend xəbər verir ki, bu fikirləri Bakıda keçirilən II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda Azadə Hüseynova çıxışı zamanı bildirib.

O qeyd edib ki, idarəetmənin effektivliyi, kadr potensialının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi gələcək uğurun əsas şərtləridir:

“Dövlət Turizm Agentliyi sağlamlıq turizmini prioritet sahə kimi inkişaf etdirmək və Azərbaycanın bu sahədə beynəlxalq rəqabət qabiliyyətini artırmaq istiqamətində daim dəstək verməyə hazırdır. Əminəm ki, dövlət və özəl sektorun birgə səyləri ilə Azərbaycan ənənə, innovasiya və sağlamlığın vəhdət təşkil etdiyi bir mərkəzə çevriləcək və biz yaxın illərdə sağlamlıq turizminin inkişafında yeni mərhələnin şahidi olacağıq”.

Xəbər lenti

Xəbər lenti