Bakı.Trend:
Yaxın gələcəkdə sağlamlıq turizmi istiqaməti üzrə Azərbaycana üz tutan xaricilərin sayında kəskin artım gözlənilir.
Trend xəbər verir ki, bu fikirləri deputat Göydəniz Qəhrəmanov II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, Azərbaycanda sağlamlıq turizm imkanları istiqamətində böyük işlər görülür.
Xarici dövlətlərdən ölkəmizə gələn şəxslərin həm istirahətinin, həm də sağlamlıq məslələrinin birlikdə həyata keçirilməsi çox vacibdir.
Göydəniz Qəhrəmanov vurğulayıb ki, hazırda turizmlə bağlı böyük bir iş planı hazırlanıb.