...

Bu küçədə içməli su və kanalizasiya xətləri yenilənir (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Oktyabr 2025 12:49 (UTC +04:00)
Bu küçədə içməli su və kanalizasiya xətləri yenilənir (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir. Bu çərçivədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “Sutikinti” MMC tərəfindən Yasamal rayonu İslam Səfərli küçəsində içməli su və tullantı su xətlərinin yenilənməsi işləri aparılır.

Bu barədə Trend-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə üzrə müxtəlif diametrli içməli su və kanalizasiya xətləri inşa edilir. Görülən işlər çərçivəsində diametri 63, 110, 280, 400, 300 millimetrlik köhnəlmiş borular yeniləri ilə əvəzlənib.

Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xətti dəyişdiriləcək. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti