...

“Lerik” Elektrik Stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Energetika Materials 15 Oktyabr 2025 14:33 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Lerik” Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək 207,5 milyon kVt/saat elektrik enerjisi istehsalı edilib.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

2018-ci il oktyabrın 15-də Lerikin Cəngimeran kəndində ümumi qoyuluş gücü 16,5 MVt olan modul tipli “Lerik” Elektrik Stansiyası istismara verilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlna əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20,5 milyard kVt/saat elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 min kVt/saat və ya 0,1% artım deməkdir.

Xəbər lenti

Xəbər lenti