Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 3,105 milyon sərnişin daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çoxdur.
Bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 8 faiz azalaraq 289,1 min ton olub.