Bakı. Trend:
Qarabağda etdikləriniz bir nümunədir.
Trend xəbər verir ki, bu sözləri “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda keçirilən panel sessiyasında İngilis tədqiqatçı və yazıçı Qrem Vilson deyib.
O bildirib ki, bu gün Qarabağda böyük işlər gedir:
"Bu prosesləri işıqlandırmaq isə jurnalistlərin üzərində düşür. Azərbaycanın publisistikasında çox böyük inkişaf görürəm. Kommunikasiya, media, jurnalistika və hekayə anlatma baxımından vəziyyət tamamilə fərqlidir. İndi Azərbaycan jurnalistləri və media qurumları tərəfindən yayılan hekayələr, paylaşılan məqalələr çox dəyərlidir. Qarabağ hekayəsi çox böyükdür, amma siz bir nümunə yaradırsınız — bir model. Bu model göstərir ki, güclü milli liderlik və xalqın iradəsi ilə dünyada digər böhranlı vəziyyətlər də dəyişə bilər. Hazırda dünyanın başqa yerlərində də bu elementləri görürük. Qarabağda etdikləriniz bir nümunədir".