...

Suriya lideri Kremlə gedib

Dünya xəbərləri Materials 15 Oktyabr 2025 15:42 (UTC +04:00)
Suriya lideri Kremlə gedib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada rəsmi səfərdə olan Suriya prezidenti vəzifəsini icra edən Əhməd əl-Şəraa Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gəlib.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, Rusiya ilə Suriya liderləri arasında aparılacaq danışıqlar zamanı Rusiyanın Suriyadakı hərbi bazaları mövzusu, çox güman ki, müzakirə ediləcək.

KİV-lər yazır ki, əl-Şəraa keçmiş Suriya lideri Bəşər Əsədin təhvil verilməsini tələb edəcək.

Qeyd olunur ki, Suriyanın yeni hakimiyyəti keçmiş dövlət başçısını ədalət mühakiməsinə cəlb etmək üçün onun təhvil verilməsini istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti