Bakı. Trend:
Artıq süni intellekt jurnalistikaya ciddi təsir göstərir. Biz hələ də ənənəvi formada yazılar yaza bilərik, lakin bu üsul artıq bütün insanlara eyni dərəcədə təsir etmir.
Trend xəbər verir ki, bu sözləri “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda keçirilən panel sessiyasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O bildirib ki, Medianın İnkişafı Agentliyi ildə iki dəfə müsabiqə keçirir və bu müsabiqələrdə Qarabağın dirçəlişi prioritet mövzu kimi müəyyənləşdirilib:
“Hazırda Qarabağın dirçəlişi mövzusu mediamızın əsas istiqamətlərindən biridir. “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” adlı panelin keçirilməsi təsadüfi deyil. Qarabağ haqqında danışarkən biz əslində bir möcüzədən bəhs edirik. Bu, Azərbaycan insanının tarixi arzusunun reallaşması deməkdir. Qarabağda Azərbaycanın yeni inkişaf mərhələsinin təməli qoyulur”.