...

DTX və DSX İranla sərhəddə birgə əməliyyat keçirdi - Saxlanılan var

Hadisə Materials 15 Oktyabr 2025 15:45 (UTC +04:00)
DTX və DSX İranla sərhəddə birgə əməliyyat keçirdi - Saxlanılan var
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

DTX və DSX İranla sərhəddə birgə əməliyyat keçirdi.

Trend-in məlumatına görə, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti