Bakı. Trend:
Azərbaycanda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişikliyində əksini tapıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndəriləcək.
Dövlət başçısının imzaladığı müvafiq Fərmanla müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirəcək.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.