Bakı. Trend:
Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında göstərilmiş xidmətlərin dəyəri 2,741 milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,7 faiz artıb.
Bu sahədə göstərilmiş xidmətlərin 72,6 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34 faizi və ya 932,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.