Bərdə. Trend:
Bərdədə 16 yaşlı tələbə qız Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin sanitar qovşağında huşsuz vəziyyətdə tapılıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, təhsil mərkəzində təhsil alan 16 yaşlı qız sanitar qovşağından uzun müddət çıxmadığına görə, narahat olan tələbə yoldaşları onu orada huşsuz vəziyyətdə aşkar edib.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağrılıb. Həkimlər onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparıb.
Məsələ ilə bağlı, TƏBİB - dən verilən məlumatda bildirilir ki,
(15.10.2025-ci il tarixində saat 13:20 radələrində 2009-cu il
təvəllüdlü şəxs (qadın) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili
tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Nevrosteniya diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər
göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator
müalicə üçün evə buraxılıb.