Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 13,048 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox investisiya yönəldilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7 faiz artıb. İstifadə olunmuş investisiyanın 6,648 milyard manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 4,298 milyard manatı (32,9 faizi) xidmət sahələrinə, 2,102 milyard manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 10,057 milyard manatını və ya 77,1 faizini daxili investisiyalar təşkil edib.. Əsas kapitala yönəldilmiş investisiyaların 10,280 milyard manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.