...

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qeydiyyatın tarixi açıqlanıb

Cəmiyyət Materials 15 Oktyabr 2025 17:35 (UTC +04:00)
Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qeydiyyatın tarixi açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət-özəl maliyyələşmə modeli əsasında “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”ilə bağlı hazırda təhlil mərhələsindəyik. Prosesi mümkün qədər sürətli şəkildə həyata keçirməyə çalışırıq. Planlara əsasən, artıq növbəti aydan etibarən uşaqların şəxsi kabinetlər vasitəsilə bağçalara müraciət hüquqları təmin olunacaq.

Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva Təhsil TV-nin qonağı olarkən deyib.

O qeyd edib ki, bu prosesin özü müəyyən qədər vaxt tələb edir:

“Belə ki, sistemdə qeydiyyatın aparılması, bağça seçimi, müraciətin təsdiqlənməsi, sənədlərin təqdim edilməsi və müqavilələrin bağlanması kimi mərhələlər var. Bu texniki məqamları bir-bir sadalamağımın səbəbi odur ki, bütün bu addımlar müəyyən zaman çərçivəsində baş verir və müəyyən koordinasiya tələb edir. İlkin təhlillərə və ehtimallara əsasən, dekabr ayından etibarən uşaqların məktəbəqədər təhsilə cəlb olunması mümkün olacaq”.

Onun sözlərinə görə,sistem hər kəs üçün açıq olacaq:

“Biz əvvəlcədən hər bir bağçanın mövcud boş yerləri ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik. Qeyd etmək istəyirəm ki, ötən il olduğu kimi, bu il də proses tam şəffaf və açıq şəkildə, hər kəsin hüquqları qorunmaqla həyata keçiriləcək. Biz həm Nazirliyin rəsmi səhifələri, həm də digər elektron platformalar vasitəsilə, az öncə vurğuladığım kimi, bağçalar və onların boş yerləri barədə ictimaiyyəti məlumatlandıracağıq”.

Sektor müdiri qeyd edib ki, ilkin təhlillərimizə əsasən, uşaqların məktəbəqədər təhsilə cəlb olunması dekabr ayında mümkün olacaq: “Sistem hər kəs üçün açıq olacaq. Biz əvvəlcədən hər bir bağçada mövcud olan boş yerlərlə bağlı ictimaiyyətə məlumat verəcəyik. Proses tam şəffaf şəkildə həyata keçiriləcək. Valideynlər yaratdıqları şəxsi kabinet vasitəsilə həm bağçanı seçə, həm də təhsil haqqı barədə məlumat ala biləcəklər. Əgər valideynin övladı hazırda dövlət bağçasında təhsil alır və onu özəl bağçaya keçirmək istəyirsə, bu da mümkün olacaq. Bu halda dövlət bağçasında boşalan yer növbədə olan başqa bir uşaq üçün ayrılacaq. Bütün proses elektron qaydada həyata keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti